Sionistlər Netanyahunun korrupsiyasına etiraz ediblər
-
Sionistlər Netanyahunun korrupsiyasına etiraz ediblər
Yüzlərlə sionist, sionist rejimin baş naziri Benyamin Netanyahunun korrupsiya işinə baxılmasının təxirə salınmasına etiraz olaraq, aksiya keçirib.
Fələstin informasiya mərkəzinin məlumatına görə, sionist aksiyaçılar özlərini Təl-Əvivin şərqində yerləşən "Betah Tekva" şəhərinə çatdırıb, sionist rejimin məhkəmə müşaviri Avihay Mandelblitin mənzili önünə toplaşaraq, Netanyahunun korrupsiya işinə baxılmasının sürətləndirilməsini tələb etməyə çalışıblar, lakin polis qüvvələri küçələrdə yerləşərək, etirazçıların bu şəhərə daxil olmalarının qarşısını alıblar.
Polisin etirazçıların və aksiyaçıların Mandelblitin mənzilinə tərəf hərəkətinə mane olmasından sonra onların bir qrupu polisin "Betah Tekva" şəhərindəki qərargahına tərəf hərəkət edibdir ki, polis ünsürlərinin bu hərəkətinə qarşı öz etirazını bildirmiş olsun.
Sionistlər ötən aylar ərzində dəfələrlə Netanyahunun korrupsiyasına etiraz olaraq, ona qarşı aksiya keçirərək, onun kənarlaşdırılmasını istəyiblər.