Avq 24, 2017 15:00 Asia/Baku
  • Ağır iqtisadi durum Qəzzə məktəblilərinin təhsilinə mənfi təsir göstərir
    Ağır iqtisadi durum Qəzzə məktəblilərinin təhsilinə mənfi təsir göstərir

Qəzzə əhalisi ağır iqtisadi duruma görə, öz övladlarının məktəb ləvazimatını çətinliklə təmin edirlər.

Press TV-nin məlumatına görə, Qəzzə zolağında yeni təhsil ilində azı 1250 şagird məktəbə gecədək. Qəzzə zolağında ağır iqtisadi durumu nəzərə alaraq, övladları üçün məktəb ləvazimatını almaq valideynlərə çox çətindir. İsrailin on ildir mühasirəyə aldığı Qəzzədə işsizlik və yoxsulluq səviyyəsi çox yuxarıdır. Qəzzə bazarında məktəb ləvazimatı və uniforması vardır, lakin bir çox ailələr onu ala bilmirlər. Son vaxtlar Fələstin Özünüidarə Təşkilatı Qəzzə zolağında dövlət işçilərindən təxminən 60 min nəfərin maaşını azı üçdə biri qədər azaldıb. Bu da bu bölgədə ailələrin çoxunun yoxsullaşmasına səbəb olub.

Bir Fələstin vətədaşı deyib: Mən ailəm üçün ərzaq və əsas ehtiyacları güclə ala bilirəm. Mən uzun müddətdir işsizəm, oğlan və qızlarım üçün paltar ala bilmirəm. Övladlarım üçün paltar və məktəb ləvazimatı almaq üçün qohumlardan borc almağa məcburam.

Bir fələstinli qadın da deyib: Gəlirimiz çox aşağıdır, qiymətlər də çox yuxarı. Xüsusilə də uşaqlar üçün təzə sumka və ayaqqabı almaq istəyərsəm. Qəzzənin mühasirəsi bir çoxunu yoxsullaşdırıb və bir çox insanların yalnız yaşamaq həddində gəliri vardır.

Qəzzə əhalisinin alış qabiliyyətində eniş bölgədə gəlirə də çox mənfi təsir göstərmişdir. Onlar bu vəziyyətdən gileylənirlər.

Bir mağaza sahibi deyib: Bu il gəlir əldə etməyimiz üçün ən çətin illərdən biridir, xüsusilə də dövlət işçilərinin maaşları azaldılmışdır. İnsanların çoxu sadəcə gəlib-baxırlar, amma çox az insan alış-veriş edir. İllərlə öncə ailələr məktəb ləvazimatını bir dəfəyə alırdı.Lakin bu il onlar çox az alış-veriş edirlər.

Qəzzə zolağında təxminən 2 milyon sakin çox ağır şəraitdə yaşayır. Bu da xəstə iqtisadiyyat və genişmiqyaslı yoxsulluğun nəticəsidir.

Teqlər