Avq 25, 2017 08:22 Asia/Baku
  • Terroçular Hələbə qarşı mərmi hücumu həyata keçiriblər
    Terroçular Hələbə qarşı mərmi hücumu həyata keçiriblər

Terrorçuların Suriyanın Hələb şəhərinə qarşı mərmi hücumunda bir qrup mülki ölüb və yaralanıb.

Dünən axşam terror ünsürlərinin Hələbin yaxınlığındakı Əlzəhra qəsəbəsinə qarşı mərmi hücumunda azı iki uşaq ölüb və üç nəfər də yaralanıbdır.

Suriya medialarının məlumatına görə, bu hücumlarda bir neçə evə xəsarət də dəyibdir.

Hələb 2016-cı ilin dekabr ayının sonlarından terrorçuların və onların ailələrinin sonuncu qrupunun bu şəhərin şərq məhəllələrindən çıxmaları ilə Suriya ordusunun tam nəzarətinə keçdi. Bununla belə, bu şəhər və onun ətrafı vaxtaşırı terrorçuların mərmi hücumlarına məruz qalır. Bu hücumlar nəticəsində indiyədək yüzlərlə sivil həlak olub və ya yaralanıbdır.

Teqlər