Təl-Əfərin Əlməhləbiyyə məntəqəsi azad edilib
-
Təl-Əfərin Əlməhləbiyyə məntəqəsi azad edilib
Təl-Əfərin təmizlənməsi üzrə döyüşlərin davamında iraqlı qüvvələr bu şəhərin şərqindəki Əlməhləbiyyə məntəqəsini ələ keçirə biliblər.
İraqın Əlhəşduşşəbi qüvvələrinin qərargahı bu xəbəri verərək, əlavə edib ki, onun qüvvələri həmçinin İraq ordusu ilə yanaşı, Əlməhləbiyyənin qərbində yerləşən Mərişə kəndinə daxil olmaq üçün bu kəndə qarşı ilkin bombardman həyata keçiriblər.
Əlhəşduşşəbi qüvvələri qərargahının bildirdiyinə görə, təhlükəsizlik qüvələri sərt döyüşə giriblər və Təl-Əfərin cənub-qərbində yerləşən " Saylo Təl-Əfər" kəndinin azad edilməsi ərəfəsindədirlər.
İraqın müştərək əməliyyat komandanlığı dünən bir bəyanatda bildirib ki, ötən beş gündə Təl-Əfərin azad edilməsi əməliyyatının başlanmasından bəri 302 İŞİD terrorçusu öldürülüb, 31 məntəqə də azad edilibdir.