Kabildəki bir məsciddə partlayış tələfata səbəb olub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i280720-kabildəki_bir_məsciddə_partlayış_tələfata_səbəb_olub
Əfqanıstanın paytaxtı Kabilin Xeyrxanə məntəqəsində yerləşən bir şiə məscidində törədilmiş terror partlayışı nəticəsində 14 nəfər şəhid olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 25, 2017 12:12 Asia/Baku
  • Kabildəki bir məsciddə partlayış tələfata səbəb olub
    Kabildəki bir məsciddə partlayış tələfata səbəb olub

Əfqanıstanın paytaxtı Kabilin Xeyrxanə məntəqəsində yerləşən bir şiə məscidində törədilmiş terror partlayışı nəticəsində 14 nəfər şəhid olub.

Kabilin Xeyrxanə məntəqəsinin İmam Zaman(əc) məscidinin yaxınlığındakı xəstəxananın məsul şəxsləri deyirlər ki, xəbərin verildiyi anadək bu partlayış nəticəsində 14 nəfər şəhid olub, səkkiz nəfər də yaralanıbdır ki, onların hamısı bu xəstəxanaya köçürülübdür.

Amma bəzi təsdiq olunmamış xəbərlərdə deyilir ki, əlli namazqılan həlak olub, altmış nəfər də girov götürülübdür. 

Bu partlayışdan sonra təhlükəsizlik qüvvələri partlayış məkanını mühasirə edərək, məscidə daxil olublar. Onlar sayı təqribən dörd nəfər olan hücumçularla toqquşublar.

Hücumçulardan birinin öz partlayış qurşağını partlatmasından sonra silahlı şəxslər namazqılanlara tərəf atəş açıblar.

Toqquşmanın başlanmasından az sonra həmin məsciddə ikinci partlayışın səsi eşidilib.

Heç bir qrup bu hücumun məsuliyyətini üzərinə götürməyibdir.