Avq 26, 2017 09:43 Asia/Baku
  • UNICEF : Yəməndə durum faciəlidir
    UNICEF : Yəməndə durum faciəlidir

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun(UNICEF) Yəməndəki nümayəndəsi bu ölkədə insani durumun faciəli olduğunu deyib və Səudiyyəlilərin hücumları nəticəsində Yəmənin səhiyyə və müalicə əsisteminin məhv olduğunu bildirib.

İRİB-in verdiyi məlumata görə, Meritksell Relano dünən Yəməndə vəba xəstəliyinin genişlənməkdə olduğunu bildirərək deyib: Yəməndə 500 min nəfər vəbaya yoluxub və xəstələrin yarısını uşaqlar təşkil edir. 

UNICEF-in Yəməndəki nümayəndəsi deyib:Səudiyyə rejiminin hücumlarında çoxlu sayda  yəmənli uşaq ölüb yaxud əlil olub. 

Meritksell Relano Yəməndə müalicə mərkəzlərinin yarısının yanacaq və elektrikin olmadığı eləcə də tibbi təchizatların çatışmadığına görə, yaralılar və xəstələrə xidmət təqə bilmədiyini xatırladıb və deyib: Yəməndə ehtiyaclılara yardım göstərmək çox çətindir. 

Səudiyyə Ərəbistanı ABŞ və bəzi ərəb ölkələrinin dəstəyi ilə 2015-ci il mart ayında Yəmənə hərbi təcavüz etdi və bu ölkəni quru, dəniz və havadan mühasirəyə aldı. Bu təcavüzün bəhanəsi Yəmənin istefa vermiş prezidenti Əbd Rəbbə Mənsur Hadini hakimiyyətə qaytarmaq idi. 

Səudiyyə rejiminin Yəmənə qarşı  hərbi təcavüzü nəticəsində indiyədək 12 min yəmənli ölüb, on minlərlə əhali yaralanıb, milyonlarla insan didərgin düşüb və ölkənin infrasturukturu məhv olub. 

Səudiyyə Ərəbistanının yoxsul Yəmənə qarşı hərbi təcavüzü Yəmənin ərzaq və dərman çatışmazlığı ilə üz-üzə durmasına gətirib çıxarıb və bu ölkədə yoluxucu xəstəliklərin geniş yayılması ilə nəticələnib. 

Teqlər