Avq 27, 2017 09:17 Asia/Baku
  • Qəzzədə elektrik stansiyasının 3-cü generatoru işə salınıb
    Qəzzədə elektrik stansiyasının 3-cü generatoru işə salınıb

Qəzzə zolağında yerləşən elektrik enerjisi şirkəti bildirib ki, elektrik stansiyasının 3-cü generatoru bu stansiyanın yanacağının Misirdən təmin olunmasından sonra işə salınıb.

Qəzzə zolağında yerləşən elektrik enerjisi şirkəti bildirib ki, bu şirkət sionist rejimin bu məntəqəyə göndərilən elektrik enerjisinin miqdarını 50 meqavatt azaltdığı bir şəraitdə Qəzzədə elektrik enerjisinin paylanmasına dəstək verir.

Bu məlumata görə, Misirdən Qəzzə zolağında yerləşən elektrik stansiyası üçün yanacağın göndərilməsi Fələstinin Həmas hərəkatı ilə Qahirə arasında anlaşma sənədinin imzalanması ilə həyata keçir.

Sionist rejim Qəzzədə elektrik enerjisi böhranını şiddətləndirmək məqsədilə ötən həftələrdə bu məntəqəyə yalnız gündə iki saat müddətinə elektrik enerjisi göndəribdir; yerdə qalan 22 saat ərzində Qəzzə əhalisi elektrik enerjisindən məhrumdur. Qəzzə gündə 600 meqavatt elektrik enerjisinə ehtiyaclıdır və hazırda bu məntəqədə elektrik enerjisi çatışmazlığı 500 meqavata çatıbdır.

Teqlər