Kabildə ABŞ səfirliyi yaxınlığında partlayış baş verib
Avq 29, 2017 12:45 Asia/Baku
-
Kabildə ABŞ səfirliyi yaxınlığında partlayış baş verib
ABŞ-ın Kabildəki səfirliyinin binası güclü bir partlayış ilə silkələnib.
AVA xəbər agentliyinin verdiyi məlumata görə, terrorçu kamikadze bu gün səhər Kabilin Vəzir Əkbər Xan məntəqəsində, diplomatik korpusların yerləşdiyi ərazidə Kabil Bank və ABŞ səfirliyinin yaxınlığında özünü partladıb.
İlkin məlumatlara görə, hadisədə bir nəfər ölüb, 8 nəfər isə yaralanıb. Hadisə qurbanlarının sayının artacağı ehtimal olunur.
Ötən iki ayda Kabil şəhəri o cümlədən xarici səfirlik binalarının və həssas hərbi mərkəzlərin yerləşdiyi Vəzir Əkbər Xan məntəqəsi ardıcıl hücumların və partlayışların şahidi olub. İndiyə kimi bu hücumlarda yüzlərlə nəfər ölüb və yaralanıb.
Bu hücumlar əsasən İŞİD terror qruplaşması tərəfindən həyata keçirilir.