Nəsrullah: Hizbullah İŞİD ilə savaşın ön cəbhəsindədir
-
Nəsrullah: Hizbullah İŞİD ilə savaşın ön cəbhəsindədir
Livan Hizbullahının baş katibi deyib: Hizbullah və müqavimət cəbhəsi terrorçu İŞİD qrupu ilə müharibənin önündə durmaqdadır.
Mehr xəbər agentliyinin verdiyi məlumata görə, seyid Həsən Nəsrullah Hizbullah və Livan ordusu ilə terrorçu İŞİD qrupu arasında baş tutan Cərud razılaşması xüsusunda deyib: Bu razılaşma terrorçu İŞİD qrupunun bəzi ünsürlərinin Livan ərazisindən Suriya ərazisinə köçürülməsini nəzərdə tutur.
Terrorçu İŞİD qrupu bazar günü Suriya və Livan sərhədlərində Hizbullah və Livan ordusu elcədə Suriya ordusu tərəfindən bu qrupa qarşı mühasirənin daralmasından sonra atəşkəs razılaşmasını qəbul etdi və müqavimət qüvvələrinə təslim oldu.
Bu atəşkəsə razılaşmasına görə, İŞİD terrorçuları Suriyanın şərqində Deyrəzzura köçürüldü.
Müqavimət qüvvələri və Suriya və Livanın orduları bundan öncə Livanın Ərsal, Suriyanın qərbi Əl-Qələmun hündürlüklərini terrorçu Cəbhətünnüsrə qrupunun işğalından azad etmişdilər.
Livan Hizbullahının baş katibi Cərud razılaşmasına əsasən terrorçu İŞİD qrupunun ünsürlərindən 310 nəfərinin Suriyanın Deyrəzzur bölgəsinə köçürüldüyünü bildirərək deyib: Müqavimət qüvvələri terrorçu qrupun ünsürlərini əvvəldə olduqları ərazilərə köçürüblər.