Barizani referenduma israrlıdır
-
Məsud Barizani
Milli, regional və beynəlxalq müxalifətlərə rəğmən İraqın Kürdüstan bölgəsinin başçısı bu bölgənin İraqdan ayırılması üzrə referendumun nəzərdə tutulmuş gündə keçiriləcəyini bir daha vurğulayıb.
İSNA-nın verdiyi məlumata görə, Misirdə çıxan Əlyəumussabe qəzeti yazıb ki, İraqın Kürdütan bölgəsinin başçısı Məsud Barizani Ərbinin ziyalıları ilə görüşündə deyib: Referendum qərarından geri çəkilmək qəbulolunmazdır və onun üçün nəzərdə tutulmuş zaman qətiləşdirilib.
Barizani Ərbilin Bağdadla iştirakı fikrinin vaxtının artıq sona çatdığını iddia edərək deyib: İraq ordusunda kürdlərin digər etnik qruplar xüsusiylə də ərəblərlə nisbəti 1 faizdən də azdır.
Öncə İraqın Rusiyadakı səfiri Heydər Hadi kürdlərin İraq dövləti və güc strukturlarında iştirakı barədə demişdi: Prezident və palament sədrinin müavini vəzifələri kürdlərə verilib və bir neçə nazir də kürddür.
Əl-Cəzirə xəbər portalı isə suriyalı jurnalist Xürşid Dəlinin yazdığı məqalədə bildirib ki, Barizaninin Tehran və Ankaranın mövqe bildirmələrindən sonra referendum məsələsinə israrı İraq Kürdüstan bölgəsinin qarşılaşacağı problemlər barədə bir çox suallar ortaya çıxarıb.
Ərəb xəbər mənbələri isə bildiriblər ki, İraqın Kürdütan bölgəsinin ayrılması üzrə referendumun keçirilməsinin təxirə salınması üçün kürd rəhbərləri arasında sıx müzakirələr gedir.
İraq Kürdüstan bölgəsinin başçısının referendumun 25 sentyabrda keçirilməsinə israrı İraq dövləti, müxtəlif iraqlı qruplar və region və dünya ölkələrinin qətiyyətli reaksiyaları ilə üzləşib.