BMT Suriyada mülkilərin tələfatının artmasından nigarandır
BMT-nin İnsan Haqları Komissiyasının Suriya məsələləri üzrə koordinatoru Amerika koalisiyasının Suriyanın Rəqqə şəhərinə qarşı hava hücumlarında baş verən mülkilərin tələfatından nigarançılıq edib.
Matias Benke dünən Cenevrədə deyib: Rəqqədə koalisiyanın və digər anti-İŞİD qüvvələrin hücumlarının şahidiyik, amma bu hücumlar indiyədək onlarla sivilin həyatını itirməsinə bais olubdur.
BMT-nin bu rəsmisi söyləyib: Amerikanın başçılıq etdiyi koalisiyanın Rəqqə məntəqəsindəki hücumları nəticəsində təqribən 151 nəfərin öldürülməsi barədə sənədlərə malikik, amma həlak olanların real sayı bundan qat-qat çoxdur.
Suriyalı mənbələrin bildirdiklərinə görə, sözdə anti-İŞİD koalisiya qüvvələrinin ötən üç ildə bu ölkənin müxtəlif məntəqələrindəki hücumlarında mindən çox sivil həyatını itiribdir.