İraq parlamenti Kərkük valisindən etimad səsinin geri alınmasının ardıncadır
İraq parlamentinin 145 üzvü imza toplayaraq, Kərkük valisindən etimad səsinin geri alınmasının ardıncadır.
İraq parlamenti üzvlərinin bu addımı Kərkük vilayət şurasının İraq Kürdüstanı məntəqəsinin İraqdan ayrılması barədə referendumun keçirilməsi haqdakı birtərəfli qərarının ardınca atılıbdır.
İraq parlamentinin İraq Kürdüstanı Demokrat Partiyasının fraksiyasından olan kürd üzvü Eşvaq Caf bu gün kürd medialarla müsahibədə iddia edib ki, bütövlükdə şiə və sünni nümayəndələr Kərkük valisindən etimad səsinin geri alınması barədəki ərizəni imzalayıblar, amma kürd fraksiyalar bu hadisənin baş verməsinə icazə verməyəcəklər.
Eşvaq Caf iddia edib ki, İraq parlamenti üzvlərinin Kərkük valisinə qarşı hərəkəti qanunsuz hərəkət olub və Kərkük valisi yalnız öz qanuni vəzifəsini icra edib və ondan etimad səsi geri alınmamalıdır.
Kərkük vilayət şurası çərşənbə axşamı günü türkmənlərin və bu vilayətdə yaşayan ərəblərin müxalifətlərinə rəğmən, İraq Kürdüstanı məntəqəsinin İraqdan ayrılması barədə referendumun keçirilməsinə qatılmasının lehinə səs verdi.
Bu addım Kərkük vilayətindəki türkmənlər və ərəblərdən əlavə, Bağdad və region ölkələri tərəfindən də pislənib. Onlar bunu İraqda terrorizmlə mübarizə prosesinə zərbə vurmaq istiqamətində atılan təhrikedici addım adlandırıblar.