Əriqat İsrail işğalçılığına son qoyulmasını istədi
Fələstin Azadlıq Təşkilatının icra komitəsinin baş katibi dünya ictimaiyyətinin İsrailin Fələstinə qarşı işğalçılıq siyasətini durdurmaq üçün dərhal ciddi addımlar atmasını istəyib.
İRİB-nin verdiyi məlumata görə, Fələstin Azadlıq Təşkilatının icra komitəsinin baş katibi Saib Əriqat deyib: ABŞ, Avropa Birliyi, Rusiya və BMT başda olmaqla dünya ictimaiyyəti İsrail rejimini Əl-Xəlil şəhərində sionist sakinli məntəqələrin müstəqil idarəetmə şurasının təsis edilməsi üzrə qərarından geri çəkilməyə məcbur etməlidir.
İsrailin müharibə naziri Aviqdor Liberman ötən çərşənbə günü deyib: Əl-Xəlilin sionist sakinli məhəlləsi artıq Kəriyat Ərbəə şəhər şurasına tabe olmayacaq. Və İsrailin Daxili İşlər Nazirliyi və Sosial İşlər İdarəsində müstəqiş qəsəbə olaraq qeydə alınıb.
Əriqat əlavə edib: Təl-Əvivin bu qərarı Böyük İsrail planının icraya qoyulması və Fələstin ərazilərinin İsrailə birləşdirilməsi prosesinin həyata keçirilməsi deməkdir.