Təl-Əvivdə baş nazir əleyhinə aksiya keçirilib
Sen 03, 2017 19:36 Asia/Baku
Minlərlə nəfər işğal edilmiş Fələstində aksiya keçirərək, baş nazir Benyamin Netanyahunun korrupsiyası əleyhinə aksiya keçirib.
İRNA-nın məlumatına görə, İsraildə çıxan Maariv qəzeti yazır: İsraillilər şənbə günü Nazirlər Kabinetinin hüquq məsələləri üzrə müşaviri Aviçay Mandelbitin mənzili önündə aksiya keçirib.
Bu qəzet yazır: İsrail Knessetinin üzvü Ariel Morqilit də Netanyahu əleyhinə aksiyada iştirak edib.
Artıq bir neçə aydır ki, İsraildə Netanyahu əleyhinə aksiyalar davam edir.
2 yanvar 2017-ci il tarixindən etibarən Benyamin Netanyahu Almaniya şirkətindən sualtı qayıq almaq müqaviləsinə görə milyonlarla dollar rüşvət almaqda ittiham edilir.