İraqda İŞİD-ə qoşulan 4 azərbaycanlı qadın saxlanılıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i281387-İraqda_İŞİd_ə_qoşulan_4_azərbaycanlı_qadın_saxlanılıb
İraqa və Suriyaya yollanaraq İŞİD-ə qoşulan azərbaycanlılarla birgə bu ərazilərə yollanan 4 azərbaycanlı qadın saxlanılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 04, 2017 12:59 Asia/Baku
  • İraqda İŞİD-ə qoşulan 4 azərbaycanlı qadın saxlanılıb
    İraqda İŞİD-ə qoşulan 4 azərbaycanlı qadın saxlanılıb

İraqa və Suriyaya yollanaraq İŞİD-ə qoşulan azərbaycanlılarla birgə bu ərazilərə yollanan 4 azərbaycanlı qadın saxlanılıb.

İslaminSesi.info İraq mətbuatına istinadla xəbər verir ki, azərbaycanlı qadınlar ötən həftə Təlafir və əl-Əyaziyyə əməliyyatları zamanı saxlanılıblar.

İraq mediasında və sosial şəbəkələrdə yayımlanan videodan bəlli olur ki, saxlanılan azrbaycanlı qadınlar ən azı 4 nəfərdirlər və onlarla birgə uşaqlar da var. Danışan qadınlardan biri ərinin döyüşdə öldüyünü deyir.

İraq mətbuatı bildirib ki, onlar Mosul ətrafındakı qaçqın düşərgələrinə göndəriləcəklər.