Diyrəzzur əhalisi şadlıq edib
-
Diyrəzzur əhalisi şadlıq edib
Diyrəzzur şəhərinin bəzi sakinləri dünən gecə küçələrə çıxaraq, Suriyanın ordu qüvvələrinin və müttəfiq qüvvələrin İŞİD terror qrupunu çıxarmaq üçün bu şəhərə doğru irəliləməkdə olmalarına görə şadlıq ediblər.
Bu şadlıq mərasimi xüsusən İŞİD-in mühasirəsində olan Diyrəzzurun qərbindəki Əlcurə məhəlləsində başlanıb. Əhalinin bu məhəllədəki şadlığı dünən gecədən başlanıb, zira onlar bəlkə də İŞİD terrorçuları ilə döyüş səslərini qərb istiqamətindən eşidirlər.
Suriya ordusu Diyrəzzur ilə məsafəsini azaldıbdır. Ordu Diyrəzzurun ətrafında, xüsusən onun qərbində İŞİD terrorçuları ilə şiddətli döyüşlər aparmaqdadır. İŞİD-çilər Diyrəzzurun ətrafında çoxlu miqdarda mina, bomba və partlayıcı maddə yerləşdiriblər ki, bu məsələ suriyalı qüvvələrin irəliləyişini yavaşıdıbdır. Terrorçular eyni zamanda son dərəcə parçalanmaya düçar olublar. Suriya ordusu bir neçə istiqamətdən Diyrəzzura tərəf irəliləməkdədir.