Sen 16, 2017 11:51 Asia/Baku
  • İraq kürd muxtariyyəti referendumun keçirilməsini təsdiqləyib
    İraq kürd muxtariyyəti referendumun keçirilməsini təsdiqləyib

İraq kürd muxtariyyətinin yerli parlamenti bu bölgənin İraqdan ayrılması üzrə referendumun 25 sentyabrda keçirilməsini qəbul edib.

Sputnik İnformasiya Agentliyinin məlumatına görə, İraq kürd muxtariyyətinin yerli parlamentinin 25 sentyabrda referendumun keçirilməsinə qərar versə də, müxalif nümayəndələr bu iclası boykot ediblər. 

Məlumata görə, İraq kürd muxtariyyətinin yerli parlamentindəki 65 deputat bu qərarı təsdiqləyib. 

İraqın Kürdüstan muxtariyyəti partiyaları ötən 7 iyunda Məsud Barzaninin iştirakı ilə keçirilən iclasda 25 sentyabrda referendumun keçirilməsini qəbul ediblər. 

İraq Kürdüstanının ayrılması üzrə referendumun keçirilməsinə israr edildiyi halda, İraq hökuməti, müxtəlif iraqlı qruplar və region ölkələri bu qərara sərt reaksiya veriblər. 

Teqlər