Sionist rejim qeyri-qanuni qəsəbələrin salınmasını davam etdirir
-
Sionist rejim qeyri-qanuni qəsəbələrin salınmasını davam etdirir
Sionist rejimin müharibə naziri bu rejimin İordan çayının qərb sahilində qeyri-qanuni qəsəbələrin salınmasını davam etdirməsini vurğulayıb.
Fars xəbər agentliyinin məlumatına görə, sionist rejimin müharibə naziri Aviqdor Liberman bazar günü sionist qəsəbələrin başçıları ilə birlikdə keçirilən tədbirdə İordan çayının qərb sahilində tikililərin sayının artırılmasını müsbət qarşılayaraq bu tikililərə icazənin verilməsi üzrə hər hansı tənqidin olmasını təkzib edib.
Liberman deyib: İsrail Nazirlər Kabineti yeni mənzillərin inşası üçün lisenziyaya istənilən ehtiyacı aradan qaldıracaq.
BMT Təhlükəsizlik Şurası 23 dekabr 2016-cı ildə sionist rejimdən işğal olunmuş Fələstin ərazilərində qəsəbələrin salınmasını durdurmasını istəyib.
İsrail rejimi sionist qəsəbələr salmaqla Fələstin ərazilərinin coğrafi strukturunu dəyişmək və bu bölgələrə sionist görkəm vermək istəyir. Belə ki, Fələstin ərazilərindəki müstəmləkəçiliyini təsbit etsin.