Əl-Ənbar və Neynəva vilayətlərində onlarla İŞİD terrorçusu öldürülüb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i282913-Əl_Ənbar_və_neynəva_vilayətlərində_onlarla_İŞİd_terrorçusu_öldürülüb
İraq ordusu və xalq qüvvələri Neynəva və Əl-Ənbar vilayətlərində həyata keçirilən 2 əməliyyat zamanı 48 İŞİD terrorçusunu öldürüblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 20, 2017 04:43 Asia/Baku
  • Əl-Ənbar və Neynəva vilayətlərində onlarla İŞİD terrorçusu öldürülüb
    Əl-Ənbar və Neynəva vilayətlərində onlarla İŞİD terrorçusu öldürülüb

İraq ordusu və xalq qüvvələri Neynəva və Əl-Ənbar vilayətlərində həyata keçirilən 2 əməliyyat zamanı 48 İŞİD terrorçusunu öldürüblər.

İRNA-nın məlumatına görə, İraq ordusunun komandanlarından olan Cabbar Həsən deyib: İraq silahlı qüvvələri çərşənbə axşamı Neynəva vilayətində, Tələfər şəhərinin qərbində həyata keçirdiyi əməliyyat zamanı 26 terrorçunu öldürüb. 

İraqın Müdafiə Nazirliyi də bir bəyanat yayaraq, bildirib: İraq ordusu və xalq qüvvələri Əl-Ənbar vilayətinin qərbində, Reyhanə məntəqəsində həyata keçirdiyi əməliyyat zamanı 22 İŞİD terrorçusunu öldürüblər. 

İraq ordusu isə Əl-Ənbar vilayətində, Əkaşan məntəqəsində İŞİD terrorçuları tərəfindən qazılmış böyük bir tunelin aşkar edilməsindən xəbər verib.