Əlibadi: Referendumun keçirilməsi İraqın əsas qanunu ilə təzaddadır
İraqın baş naziri Heydər Əlibadi BMT-nin bu ölkədəki nümayəndəsi Yan Kubis ilə görüş zamanı bir daha vurğulayıb ki, İraq Kürdüstanı məntəqəsinin ayrılması ilə bağlı referendumun keçirilməsi İraqın əsas qanunu ilə təzaddadır.
İraqın baş naziri Heydər Əlibadi bu görüşdə deyib: Hazırda İraq üçün prioritet, terrorizmlə mübarizənin davam etdirilməsi və İraq torpaqlarının tam şəkildə azad edilməsidir.
BMT-nin İraqdakı nümayəndəsi Yan Kubis də bu ölkədəki son siyasi qarşıdurmalara toxunaraq, problemlərin həlli üçün Bağdad-Ərbil dialoqunun vacibliyini vurğulayıb.
BMT-nin İraqdakı nümayəndəsi Yan Kubis dünən də İraqın prezidenti Fuad Məsumla görüşüb. Bu görüşün əsas mehvəri, İraq Kürdüstanı məntəqəsinin ayrılması ilə bağlı referendumun keçirilməsi olub.
Belə bir halda, İraq Kürdüstanı məntəqəsinin başçısı Məsud Barizaninin bu gün səhər keçirilməli olan bu məntəqənin ayrılması ilə bağlı referendum barədəki mətbuat konfransı təxirə salınıb.
İraq Kürdüstanı məntəqəsi başçısının Ərbildəki ofisi bir bəyanatda bildirib ki, Məsud Barizaninin İraq Kürdüstanı məntəqəsinin ayrılması ilə bağlı referendum barədəki mətbuat konfransı bazar günü keçiriləcək.
Məsud Barizani sentyabrın 25-də İraq Kürdüstanı məntəqəsinin ayrılması ilə bağlı referendumun keçirilməsinin ləğv edilməsi üçün böyük beynəlxalq təzyiq və xəbərdarlıqlarla üz-üzədir.
İraq dövləti dəfələrlə Məsud Barizaniyə xəbərdarlıq edibdir ki, bu ölkənin Kürdüstan məntəqəsində ayrılma mövzusunda referendumun keçirilməsi qanunsuzdur və həmişəlik olaraq ləğv olunmalıdır.