Sionist rejim yeni mənzillər inşa etmək ardıncadır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i283487-sionist_rejim_yeni_mənzillər_inşa_etmək_ardıncadır
Sionist rejim başçıları İordan çayının qərb sahilində və Qüdsdə sionist sakinli qəsəbələrdə yəhudilər üçün yeni minlərlə mənzilin inşa edilməsi məqsədilə layihələri araşdırmaqdadırlar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 24, 2017 13:44 Asia/Baku
  • Sionist rejim yeni mənzillər inşa etmək ardıncadır

Sionist rejim başçıları İordan çayının qərb sahilində və Qüdsdə sionist sakinli qəsəbələrdə yəhudilər üçün yeni minlərlə mənzilin inşa edilməsi məqsədilə layihələri araşdırmaqdadırlar.

Fələstin İnformasiya Mərkəzinin sionist Roter portalına istinadla verdiyi məlumata görə, sionist rejim nazirlər kabinetinin bütün üzvləri İordan çayının qərb sahilində yeni mənzillərin inşası layihəsini dəstəkləyiblər. 

BMT Təhlükəsizlik Şurası 23 dekabr 2016-cı ildə işğal olunmuş Fələstin ərazilərində sionist rejimin qəsəbələr salmasını dayandırmaq məqsədilə hazırlanan qətnamənin lehinə səs verib.