İraq vitse-prezidentindən referendum böhranı üçün həll yolu
-
İraq vitse-prezidentindən referendum böhranı üçün həll yolu
İraqın vitse-prezidenti bir mətbuat konfransında hazırkı böhran üçün öz həll yolunu təqdim edib.
Əl-Aləm kanalının verdiyi məlumata görə, İraqın vitse-prezidenti Əyad Əlavi bu layihə çərçivəsində İraq Kürdüstanı başçısı Məsud Barzanidən və bu məntəqənin digər başçılarından referendumun nəticəsindən asılı olmayaraq, hərtərəfli milli danışıqlara qoşulmalarını və mövcud ixtilafların həll edilməsi üçün müzakirələrin aparılmasını istəyib.
İraq Kürdüstanında separatçı referendum bu gün keçirildi.
Əyad Əlavi həmçinin, Kərkük və digər ixtilaflı məntəqələrin vəziyyətinə aydınlıq gətirilməsini istəyib və İraq Konstitusiyasının 140-cı bəndinə əsasən milli həmrəylik və əməkdaşlığın gücləndirilməsinə təkid edib.
İraqın vitse-prezidenti həmçinin, bütün siyasi tərəfləri təmkinli olmağa və vəziyyətin gərginləşməsinə icazə verməməyə dəvət edib.