Kürdlər Kərkükdə komendant saatı elan etdilər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i283595-kürdlər_kərkükdə_komendant_saatı_elan_etdilər
İraq Parlamenti tərəfindən bütün səlahiyyətləri əlindən alınmış və tutduğu vəzifələrdən kənarlaşdırılmış Kərkük valiliyi və təhlükəsizlik orqanları şəhərdə avtomobillərin hərəkət etməsini qadağan ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 25, 2017 18:03 Asia/Baku
  • Kürdlər Kərkükdə komendant saatı elan etdilər
    Kürdlər Kərkükdə komendant saatı elan etdilər

İraq Parlamenti tərəfindən bütün səlahiyyətləri əlindən alınmış və tutduğu vəzifələrdən kənarlaşdırılmış Kərkük valiliyi və təhlükəsizlik orqanları şəhərdə avtomobillərin hərəkət etməsini qadağan ediblər.

Əl-Aləm kanalının verdiyi məlumata görə, Kürd başçıları separatçı referendumun başa çatmasından sonra şəhərdə avtomobillərin hərəkətini qadağan ediblər. Bu məlumata görə, əhaliyə də növbəti bildirişə qədər evlərində qalmaları və çölə çıxmamaları barədə göstəriş verilib. 

İraq Kürdüstanında qeyri-qanuni separatçı referendum region ölkələri və beynəlxalq dairələrin etirazlarına baxmayaraq,  İraq Kürdüstanı başçısı Məsud Barzaninin israrı əsasında təyin olunduğu tarixdə yəni, bu gün 25 sentyabrda baş tutdu.