Bağdad əhalisi İraq Kürdüstanında referendumun keçirilməsini qınadı
-
Bağdad əhalisi İraq Kürdüstanında referendumun keçirilməsini qınadı
Bağdad sakinləri İraq Kürdüstanında və ixtilaflı ərazilərdə separatçı referendumun keçirilməsini tənqid ediblər.
İraqlı jurnalist Rəəd Məhəmməd deyir: Bu referendum təfriqə və firqəçiliyə səbəb olacaq. Bu referendm əslində İraqın parçalanması deməkdir. Bu məsələ İraq xalqı və referendum ilə müxalifət edən bir çox ölkə xalqları üçün qəbuledilməzdir. Bu, Ərbilin xeyrinə deyil. Çünki, istədikləri nəticəni əldə edə bilməyəcəklər. Ümidvarıq Məsud Barzani bu diyarın və sakinlərinin xeyrinə öz tərsliyindən əl çəkəcək. Bu, nə onun özünə, nə də İraqa xeyir gətirməyəcək.
Bağdad sakinlərindən biri deyir: Bu gün 25 sentyabr, referendumun keçirildiyi gün, kürdlərin tarixində qaranlıq bir gündür. Bu gün İraq xalqı bu referendmu rədd edir. Çünki, qeyri-qanuni və ölkə konstitusiyasına ziddir. Bu gün kürdlər İraqın şimalında bir İsrail ölkəsi qurmağa çalışırlar.
İraqlı vəkil Tariq Əl-Zübeydi isə deyir: Bu referendumun keçirilməsi doğru deyildi. Birincisi ona görə ki, İraqda mövcud olan təhlükəsizlik durumu və terrorizm təhlükəsini nəzərə alaraq, ölkə çətin bir mərhələyə daxil olmuş olacaq. Bu məsələ bizim hamımızın birgə səyinə ehtiyaclıdır. İkincisi, gücül və vahid bir ölkə bizim hamımız üçün daha yaxşıdır.