Okt 01, 2017 14:01 Asia/Baku
  • Yəmən Ənsarullahının rəhbəri: Səud və BƏƏ rejimləri ABŞ-ın regiona hökmranlığının davamıdırlar

Yəmən Ənsarullahının rəhbəri Əbdulmalik Əl-Husi dünən bu ölkədə Hüseyn(ə) əzadarları arasında vurğulayıb ki, səud və Birləşmiş Ərəb Əmirlikləri rejimləri ABŞ-ın regiona hökmranlığının davamıdırlar.

Yəmən Ənsarullahının rəhbəri bu ölkədəki qəbilələrin səud təcavüzkarları ilə mübarizədəki rolunu yüksək dəyərləndirib. O, cəmiyyətin bütün təbəqələrini təcavüzkarlarla mübarizə üçün daha artıq birliyə çağırıb və Yəmən xalqından istəyibdir ki, düşmənlə mübarizə istiqamətində əlindən gələni əsirgəməsin.

O, çıxışının digər bir hissəsində Livan və Fələstindəki müqavimətə dəstək verdiyini bildirərək, deyib: Amerikanın və dünyanın zalım qüvvələrinin Yəməndəki planları ilə mübarizə aparacağıq.

Əl-Husi yəmənli qüvvələr arasında hər cür qarşıdurmanın Yəmənin maraqlarına zidd, ABŞ, sionist rejim, eləcə də Ərəbistan və Birləşmiş Ərəb Əmirlikləri rejimlərinin isə mənafeləri istiqamətində olduğunu bildirib.

Əbdulmalik Əl-Husi əlavə edib: Aşura günü və Hüseyn(ə) əzadarlığının fəlsəfəsi bundan ibarətdir ki, İmam Hüseyn(ə)-ın inqilabı əbədidir və gələcək nəsillər bir-birilərinin ardınca onun səmərələrindən bəhrələnəcəklər.

Teqlər