Hizbullah komandanlarından biri Suriyada şəhid olub
Livan Hizbullahı bildirib: Müqavimət komandanlarından Əli əl-Hadi əl-Aşiq Suriyada döyüş cəbhələrində şəhid olub.
İRNA-nın məlumatına görə, Livan Hizbullahı çərşənbə günü bir bəyanat verərək bildirib: Bu müqavimət komandanı bazar ertəsi günü 2 oktyabrda Suriyanın Palmira bölgəsində İŞİD terrorçuları ilə savaşda şəhid olub.
Hizbullahın bəyanatında əlavə olunub: Əli əl-Hadi əl-Aşiq 1986-cı ildən Hizbullaha qoşulub və 1992-ci ildə Hizbullahın xüsusi qüvvələrinə qoşulub. O sionist rejim əleyhinə çoxlu əməliyyatlarda və iki ay öncə Livan-Suriya sərhədlərində Ən-Nüsrə Cəbhəsi və İŞİD terror qruplaşması ilə savaşda əsaslı rola malik olub.
Bəzi medialar ötən gün bildiriblər ki, Əli əl-Aşiq Hizbullahın 7 döyüşçüsü ilə birlikdə naməlum təyyarələrin hücumu nəticəsində şəhid olub.
Livan Hizbullahı son illər ərzində Suriya dövləti və müttəfiqlərinin kənarında terror qruplaşmaları ilə savaşdadır.