Okt 08, 2017 09:25 Asia/Baku
  • İsrail rejiminin BƏƏ-yə silah satması ifşa olunub
    İsrail rejiminin BƏƏ-yə silah satması ifşa olunub

Sionist Maariv qəzeti İsrail rejiminin gizli surətdə Birləşmiş Ərəb Əmirliklərinə silah satdığını ifşa edib.

Bu qəzetin yazdığına görə, İsrail rejimi ordusunun başçıları bir neçə ildir, gizli şəkildə Birləşmiş Ərəb Əmirliklərinə səfər edərək, bu ölkə ilə silah müqavilələri imzalayırlar.

Sionist rejimin Birləşmiş Ərəb Əmirlikləri ilə silah əlaqələrinə dair sükutunu tənqid edən məlumatda vurğulanır ki, bu əlaqələr İsrail rejiminin xeyrinə olacaqdır.

İsrail rejiminin keçmiş müharibə naziri Moşe Yəalon da bu yaxınlarda Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin bu rejimin yeni dostları olduqlarını bildirmişdi.

Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının sionist rejim ilə münasibətlərini normallaşdırmaq üzrə səyləri elə bir haldadır ki, bu rejim uzun illərdir, fələstinliləri repressiyalara məruz etməkdən əlavə, bir çox ərəb-islam bölgələrini işğal edibdir.

Bundan başqa, Suriya, İraq və Yəməndəki böhranlar BƏƏ-səudiyyə-sionist köklərinə malikdir.

Teqlər