Okt 15, 2017 17:29 Asia/Baku
  • Suriyada ABŞ və
    Suriyada ABŞ və "İsrail" silahları olan bir neçə böyük anbar aşkarlanıb

Suriyanın şərqində Deyruz-Zur vilayətinin azad olunmuş Məyadin şəhərində İŞİD terror qruplaşmasına məxsus və ABŞ və İsrail rejiminin istehsal etdiyi silahların olduğu bir neçə böyük silah anbarı aşkarlanıb.

Russia Today televiziyasının məlumatına görə, ötən gün İŞİD terror qruplaşmasının işğalından tam şəkildə azad olunan Məyadin şəhərindən hazırlana reportajda bildirilir ki, Məyadin şəhərinin bir hissəsində böyük silah anbarlarında ABŞ və İsrail rejiminin istehsal etdiyi silahlar və təchizatlar aşkarlanıb. 

Suriya ordusu komandanlarından biri general Remi Maveş Məyadin şəhərində bu barədə deyib: İŞİD-in Məyadində bir neçə anbarı vardı. Həmin anbarlarda ABŞ, İsrail rejimi və bəzi qərb ölkələrinin istehsal etdiyi minlərlə silah və sursat vardı. Anbarlarda həmçinin ağır və yüngül silah növləri, hətta BTR-lər saxlanılırdı. 

Teqlər