İraqlı qüvvələr Kərkükün böyük bir hissəsinin nəzarətini ələ alıblar
Okt 16, 2017 10:26 Asia/Baku
-
İraqlı qüvvələr Kərkükün böyük bir hissəsinin nəzarətini ələ alıblar
İraqlı mənbələr bu gün səhər tezdən elan ediblər ki, iraqlı qüvvələr Kərkükün böyük bir hissəsinin nəzarətini ələ alıblar.
Yerli mənbələrin məlumatlarına görə, iraqlı qüvvələr döyüş aparmadan Kərkükdə yerləşən hava limanı, bir neçə neft quyusu, "Keyvan" və "Xalid" hərbi bazalarını ələ keçiriblər.
Yerli mənbələr həmçinin Kərkük valisinin Ərbilə qaçmasından xəbər veriblər. Bu mənbələr bildiriblər ki, Kərkükün şimal-qərbindəki Əldəbs məntəqəsində yerləşən bir qrup kürd peşmərgə qüvvəsi iraqlı qüvvələrə təslim olubdur.
Əlaləm telekanalı da xəbər veribdir ki, kürd peşmərgə qüvvələrinin bir çoxu Ərbil və Süleymaniyyə tərəf geri çəkilibdir.