Okt 17, 2017 17:15 Asia/Baku
  • Suriyanın Riqqə şəhəri tamamiylə İŞİD terrorçularından azad edilib
    Suriyanın Riqqə şəhəri tamamiylə İŞİD terrorçularından azad edilib

Suriya müxalifətinə aid olan və qərargahı Londonda yerləşən Suriyanın insan haqları gözətçiləri adlı qrup İŞİD-in Suriyadakı ən əsas bazası olan Riqqə vilayətinin mərkəzi Riqqə şəhərinin tamamiylə suriyalı kürd qüvvələrin nəzarətinə keçməsindən xəbər verib.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, dünən Riqqənin 90 faizinin İŞİD-in işğalından azad olunduğu və şəhərdə təxminən 300 İŞİD terrorçusunun qaldığı bildirilmişdi. Onlar şəhərin xəstəxana və idman kompleksini nəzarətdə saxlayırdılar. 

Bu gün səhər Riqqənin xəstəxana və idman kompleksi də azad edilib. Beləliklə Suriyadakı İŞİD-in xəlafət mərkəzi elan etdiyi Riqqə şəhəri təkfirçi İŞİD terrorçularından tam təmizlənib. 

Kürd və ərəb qüvvələrdən ibarət olan Suriyanın kürd demokrat birliyi qüvvələri 2017-ci il iyun ayından Riqqənin azad edilməsi əməliyyatına start vermişlər. 

Riqqə 2014-cü ildə İŞİD təkfirçiləri tərəfindən işğal edilən Suriyanın ilk iri şəhəri hesab olunurdu və terrorçu əməliyyat komandanlığı üçün baza rolunu oynayırdı. 

Teqlər