Suriya Parlamentinin sədri: İsrail Suriya ordusunun terrorçular üzərində qələbəsindən narahatdır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i285391-suriya_parlamentinin_sədri_İsrail_suriya_ordusunun_terrorçular_üzərində_qələbəsindən_narahatdır
Suriya parlamentinin sədri deyib: İsrail rejiminin Dəməşqin ətrafında Suriya ordusunun bir hərbi bazasına olan son hücumu İsrailin Suriya ordusunun terrorçular üzərində qələbə çalmasına mane olmaq istiqamətində atılmış bir addım idi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 18, 2017 09:32 Asia/Baku
  • Suriya Parlamentinin sədri: İsrail Suriya ordusunun terrorçular üzərində qələbəsindən narahatdır

Suriya parlamentinin sədri deyib: İsrail rejiminin Dəməşqin ətrafında Suriya ordusunun bir hərbi bazasına olan son hücumu İsrailin Suriya ordusunun terrorçular üzərində qələbə çalmasına mane olmaq istiqamətində atılmış bir addım idi.

İRNA-nın məlumatına görə, Suriya Parlamentinin sədri Həmudə Səbbağ Rusiyanın Sankt Peterbuq şəhərində keçirilən Ümumdünya Parlamentlərarası Birliyin 137-ci iclasında etdiyi çıxışında deyib: Suriya ordusu və müttəfiq qüvvələrin hər dəfə terrorçular üzərində qələbə çaldığı zaman, terrorçuları himayə edənlər Suriya ərazisinə təcavüz etməklə beynəlxalq qanunları pozur və terrorçuların köməyinə tələsirlər. 

Suriya Parlamentinin sədri İsrailin terrorçuları hərtərəfli formada himayə etməsinə işarə edərək, deyib: İsrail rejimi və terrorçuları himayə edən digər tərəflərin əlləri Suriya xalqının qanına bulaşıb. 

İsrail rejimi bazar ertəsi günü Dəməşqin ətrafında yerləşən Suriya ordusunun bir hərbi bazasını bir neçə ədəd raket ilə hədəfə alıb. 

İsrail davamlı olaraq terrorçuları himayə edir və Suriya ordusunun mövqelərinə zərbələr endirir.