Okt 20, 2017 20:41 Asia/Baku
  • İraq dini mərcəiyyəti kürd rəsmilərin Bağdadla əməkdaşlıq etməsini istəyib
    İraq dini mərcəiyyəti kürd rəsmilərin Bağdadla əməkdaşlıq etməsini istəyib

İraq şiələrinin təqlid mərcəyi Ayətullah Sistaninin nümayəndəsi kürd rəsmlərindən istəyib ki, İraq Kürdüsatnının problemlərini həll etmək üçün Konstitusiya əsasında Bağdadla əməkdaşlıq etsinlər.

Süməriyyə Newsun məlumatına görə, İraq şiələrinin təqlid mərcəyi Ayətullah Sistaninin nümayəndəsi Əbdülmehdi Kərbəlayi cümə günü Kərbəlada cümə namazı xütbələrində Kərkükdə və digər münaqişəli bölgələrdə silahlı davranışa mane olmağa çalışan tərəfləri alqışlayıb.

Əbdülmehdi Kərbəlayi bildirib: İraq təhlükəsizlik qüvvələrinin Kərkükə və İraqın şimalında digər bölgələrə daxil olmaları bir tərəf üçün qələbə, digər tərəf üçün məğlubiyyət deyil, əksinə bütün iraqlılar üçün qələbədir.

Ayətullah Sistaninin nümayəndəsi eyni zamanda münaqişəli bölgələrdə gərginliyin azaldılmasını istəyib və intiqam xarakterli hərəkətlər haqda xəbərdarlıq edib.

Teqlər