Okt 21, 2017 12:31 Asia/Baku
  • Suriya kürdləri Rəqqə şəhərinin taleyi ilə bağlı mövqe bildirdilər
    Suriya kürdləri Rəqqə şəhərinin taleyi ilə bağlı mövqe bildirdilər

Suriya kürdləri dünən cümə günü bir bəyanat yayaraq, Rəqqə şəhərinin Suriya ərazisinin bir hissəsi olduğunu elan ediblər.

Bağdad Əl-Yəum adlı internet portalının verdiyi məlumata görə, Suriyada Demokratik Birlik Partiyası(PYD) adlı qruplaşma öz bəyanatında bildirib: Rəqqə sakinləri bu məntəqənin taleyini demokratik və federal bir Suriya çərçivəsində təyin edəcəklər. 

Daxil olan məlumatlara görə, İŞİD terror qruplaşmasının işğalından azad edilməsindən sonra kürdlərin Rəqqə vilayətini də Suriyanın şimalında yaratmaq istədikləri "muxtar" məntəqəyə əlavə etmək niyyətindədirlər. 

İŞİD terrorçularının Rəqqə şəhərində çıxmağa başladıqları zaman, Rəqqə Vilayət Şurasının sədr müavini Dəməşqin bu vilayətin kürdlər tərəfindən işğal edilməsinə icazə verməyəcəyini bildirmişdi. 

Məhəmməd Hicazi Suriya hökumətinin Rəqqə vilayətini onun həqiqi sakinlərinə qaytaracağını və separatçı qüvvələr tərəfindən bu vilayətin işğal edilməsinə icazə verilməyəcəyini demişdi. 

Suriya parlamentinin kürd üzvlərindən olan Ömər Usa kürd yaraqlıların ABŞ-ın siyasətlərinə uymamalarını istəyərək, onların neft yataqlarına nəzarətin ələ keçirilməsində Suriya ordusu ilə yarışmamalarını istəmişdi. 

Ömər Usanın dediyinə görə, Suriya kürdlərinin həqiqi yeri Müqavimət cəbhəsində yer almaqdır. 

Suriya parlamentinin bu kürd üzvü həmçinin, Suriya kürdlərinin İŞİD ilə savaşda yaxşı uğurlar əldə etdiklərini xatırladaraq, onların Amerikanın əmrlərinə tabe olmamalarını istəyib. 

Rəqqə şəhəri 2014-cü ildə İŞİD terrorçuların tərəfindən işğal edilən Suriyanın ilk iri şəhəri idi. Bu şəhər İŞİD-in Suriyadakı paytaxtı kimi tanınırdı. 

Teqlər