Suriya ordusu ölkənin şərqinə doğru irəliləyir
Okt 22, 2017 09:56 Asia/Baku
-
Suriya ordusu ölkənin şərqinə doğru irəliləyir
Suriya ordusu bu ölkənin şərqində Deyruz-Zur şəhərində öz irəliləyişlərinin davamında başqa bir neft yatağına da nəzarəti ələ keçirib.
İRNA-nın Suriya Kütləvi İnformasiya Vasitələrinə istinadla verdiyi məlumata görə, suriyalı xüsusi qüvvələrin əl-Ömər neft yatağına enməsi və bu qüvvələrlə neft yatağında yerləşmiş İŞİD terrorçuları ilə ağır döyüşlərdən sonra neft yatağına nəzarət suriyalı qüvvələrin əlinə keçib.
Suriyaın ən böyük neft yataqlarından biri olan əl-Ömər bu ölkə böhranından öncəyə qədər gündəlik 30 min barel neft istehsal edirdi.
Suriya orducu cümə günü əl-Məyadin şəhərinin strateji Ziban qəsəbəsini azad etməklə əl-Ömər neft yatağı yaxınlığına çatmışdı.