Okt 23, 2017 18:00 Asia/Baku
  • Suriyalı rəsmi bu ölkə ordusunun Riqqəyə daxil olmalı olduğunu vurğulayıb
    Suriyalı rəsmi bu ölkə ordusunun Riqqəyə daxil olmalı olduğunu vurğulayıb

Suriyanın informasiya naziri deyib: Suriya dövləti Suriya ordusunun Riqqəyə daxil olmasından sonra oranı azad olunmuş hesab edəcək.

Riqqə vilayətinin mərkəzi olan Riqqə şəhəri Suriyada İŞİD terror qrupunun əsas bazası idi və `17 oktyabrda Suriya kürdlərinin tam nəzarətinə keçdi. 

Suriyanın informasiya naziri Məhəmməd Ramiz Tərcüman bu gün Spotnik xəbər agentliyi ilə müsahibəsində deyib: Suriya dövləti sadəcə Suriya ordusunun daxil olduğu və Suriyanın milli bayrağını binaları üzərində ucaltdığı əraziləri azad olunmuş ərazilər hesab edir. 

Suriyanın informasiya naziri deyib: İŞİD üzvlərinin Riqqəni tərk etmələri müsbət haldır amma Suriya qüvvələrinin bu şəhərə daxil olmaları və İŞİD yaxud hərhansı terrorçu qrup və təşkilatın bu ərazini tərk etmələri zərurət daşıyır. 

Ramiz Tərcüman deyib: Bəziləri Riqqə qələbəsini məhv etmək istəyirlər, Səudiyyə Ərəbistanı, Amerika və digər ölkələr tərəfindən Riqqənin yenidən qurulması barədə irəli sürülən layihə Suriya dövlətinin iradəsindən kənardır. 

Suriyanın informasiya naziri Türkiyənin hərbi qüvvələrinin Suriyanın şimal qərbindəki İdlib şəhərinə daxil olması və ABŞ hərbçilərinin də Əltənəf və digər sərhəd bölgələrdəki fəaliyyətinin Açıq-aşkar təcavüz olduğunu, Suriyanın suverinliyini , beynəlxalq qanunları pozduğunu və Astana iclasındakı razılamalar çərçivəsindən kənar olduğunu deyib. 

Teqlər