Əl-Əxbar: ARAMKO səhmlərini satışa çıxarır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i285656-Əl_Əxbar_aramko_səhmlərini_satışa_çıxarır
Ərəbistanın ARAMKO neft şirkəti dövlət büdcəsində yaranmış kəsri önləmək üçün 2018-ci ildə səhmlərinin bir hissəsini satışa çıxarmaq istəyir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 24, 2017 08:54 Asia/Baku
  • Əl-Əxbar: ARAMKO səhmlərini satışa çıxarır
    Əl-Əxbar: ARAMKO səhmlərini satışa çıxarır

Ərəbistanın ARAMKO neft şirkəti dövlət büdcəsində yaranmış kəsri önləmək üçün 2018-ci ildə səhmlərinin bir hissəsini satışa çıxarmaq istəyir.

Əl-Əxbar informasiya kanalının verdiyi məlumata görə, Ərəbistanın Dövlət Neft Şirkəti ARAMKO bildirib ki, 2018-ci ilin ikinci yarısında səhmlərinin 5%-ni satışa çıxaracağını açıqlayıb. Bu isə Ərəbistan tarixinin ən iri maliyyə əməliyyatının detalları ilə bağlı ciddi sualların yaranmasına səbəb olub. 

ARAMKO şirkətinin səhmlərinin satışa çıxarılması "2020 Perspektiv Sənədi"nin bir hissəsidir. Ərəbistanın vəliəhdi Məhəmməd bin Salman 2016-cı ildə "2030 Perspektivi" layihəsini elan edərək, bu layihənin Ərəbistanın gəlir mənbələrinin sayının artırılması və ölkənin neft gəlirlərinə olan asılılığının azaldılması məqsədini daşıdığını bildirmişdi.