Okt 27, 2017 19:51 Asia/Baku
  • BMT-nin xüsusi məruzəçisi bildirib ki, İsrail rejimi Fələstini işğal edib
    BMT-nin xüsusi məruzəçisi bildirib ki, İsrail rejimi Fələstini işğal edib

BMT-nin xüsusi məruzəçisi deyib ki, İsrail rejiminin fələstinlilərin ərazilərindəki işğalçılığı modern dünyada ən uzun hərbi işğaldır və onun başa çatması barədə də heç bir nişanə nəzərə çarpmır.

BMT-nin işğal olunmuş Fələstin ərazilərində insan haqlarının vəziyyəti üzrə  xüsusi məruzəçisi Maykl Link BMT iqamətgahında keçirilən bir mətbuat konfransında əlavə edib: İsrail rejiminin qərb sahilinə, Beytulmuqəddəsin şərqinə və Qəzzəyə şamil olan Fələstin ərazilərinin işğalçısı kimi rol oynaması qanunsuzdur.

Link söyləyib: İsrail rejimi Qəzzə zolağında insan böhranına səbəb olub; bu rejim beynəlxalq qanunların aşkar şəkildə pozulması ilə qərb sahilində sionist qəsəbələr salır və Beytulmuqəddəsin şərqində fələstinlilərin evlərini dağıdır.

BMT-nin işğal olunmuş Fələstin ərazilərində insan haqlarının vəziyyəti üzrə  xüsusi məruzəçisi sionist rejimin işğalçılığının başa çatmasını istəyən BMT-nin Təhlükəsizlik Şurası və Baş Məclisinin qətnamələrinə işarə edərək, deyib: Fələstin ərazilərinin əlli il işğal olunması başa çatmalıdır və BMT-nin Baş Məclisi bu barədə beynəlxalq məhkəmədən yardım almalıdır.

Teqlər