Peşmərgə qüvvələri Məxmur məntəqəsindən geri oturublar
-
Peşmərgə qüvvələri Məxmur məntəqəsindən geri oturublar
Məsud Barizaninin başçılıq etdiyi İraq Kürdüstanı demokrat partiyasının tabeliyində olan kürd peşmərgə qüvvələrinin Məxmur məntəqəsindən geri oturmaları ilə Mosulun cənub-şərqində yerləşən bu məntəqə İraqın mərkəzi dövlətinin nəzarətinə keçib.
IRNA İraqın hərbi mənbələrinə istinadla bildirib ki, peşmərgə qüvvələri Məxmur rayonundan geri oturmaq barədə göstəriş aldıqdan sonra şənbə günü bu məntəqədən geri çəkiliblər və qarşılıqlı olaraq, İraqın ordu və polis qüvvələri ixtilaflı məntəqələrdə yerləşən bu rayonun təhlükəsizliyinin məsuliyyətini ələ alıblar.
İraqın baş naziri bu ölkənin şimalındakı ixtilaflı məntəqələrdə dövlət qüvvələrinin yerləşdirilməsilə bağlı məsələlərin dinc həlli üçün cümə günü peşmərgə qüvvələrinin komandanlığına 24 saatlıq möhlət təyin etmişdi.
Məxmur rayonu Mosul tərəfdən Ərbilə giriş darvazası hesab olunur.