Əlibadi: İraq İŞİD-i məhv etmək əzmindədir
-
Əlibadi: İraq İŞİD-i məhv etmək əzmindədir
İraqın baş naziri deyib: İraqlı qüvvələr bütün cəbhələrdə təşəbbüsü ələ alıblar və İŞİD öz ömrünün son günlərini yaşayır.
Heydər Əlibadi “İndipendent” nəşri ilə eksklüziv müsahibədə iraqlı qüvvələrin İŞİD terrorçuları qarşısındakı son durumunu şərh edərək, deyib: Bizim son aylardakı irəliləyişlərimiz diqqətəlayiq olub və hazırda İraqın şimalından Suriya sərhədlərinə doğru çölləri terrorçuların vücudundan təmizləməkdəyik.
İraqın baş naziri Əlhəşduşşəbi qüvvələrinə dəstək verərək, bu qüvvələrin İraqda İŞİD terrorçuları ilə mübarizədəki rolunu vurğulayıb. O, deyib: Bəzi dairələrin bu qüvvələrin buraxılması ehtimalı barədəki sözləri düz deyil və bütömlükdə Əlhəşduşşəbi İraq dövlətinin nəzarəti altındadır və onun siyasi hadisələrdə bir rolu yoxdur.
Əlibadi habelə İraq Kürdüstanında keçirilmiş separatçılıq referendumundan sonra İraqın şimalının durumu barədə deyib: Mən bu məntəqələrdə heç bir qan axıdılmasının baş verməməsi barədə təhlükəsizlik qüvvələrinə lazımi göstərişləri vermişəm.