Abu-Dabi raket hücumlarının hədəfinə çevriləcək
https://azeri.sahartv.ir/news/qərbi_asia-i286020-abu_dabi_raket_hücumlarının_hədəfinə_çevriləcək
Yəmən Ənsarullah hərəkatının sözçüsü deyib: Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabi gələcəkdə Yəmən ordusu və xalq komitələrinin raket hücumlarının əsas hədəfinə çevriləcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 02, 2017 07:50 Asia/Baku
  • Abu-Dabi raket hücumlarının hədəfinə çevriləcək
    Abu-Dabi raket hücumlarının hədəfinə çevriləcək

Yəmən Ənsarullah hərəkatının sözçüsü deyib: Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabi gələcəkdə Yəmən ordusu və xalq komitələrinin raket hücumlarının əsas hədəfinə çevriləcək.

Əl-Cəzirə telekanalının verdiyi məlumata görə, Məhəmməd Əbdüssalam bu telekanala açıqlamasında Yəməndə Ənsarullah hərəkatını Livanda Hizbullah hərəkatına bənzədən Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd Bin Salmanın sözlərinə münasibət bildirərək deyib: Məhəmməd Bin Salmanın bu bənzətməsi, Səudiyyə Ərəbistanının da sionist rejimə bənzədilməsinə gətirib çıxarır. Husilər Yəmən hizbullahı deyillər, haqlı və ədalətli tələbləri olan xalqın bir hissəsidirlər.

O deyib: Yəmən Səudiyyə Ərəbistanı və BƏƏ-nin təcavüzkarlığı və Yəmənə qarşı blokada üzündən insani və iqtisadi böhranla üz-üzədir və bu baxımdan Yəmənin şimalı ilə cənubu arasında fərq yoxdur. Yəmənin cənubu Səudiyyə Ərəbistanı və BƏƏ-nin işğalındadır, amma Ənsarullahın nəzarətində olan ərazilərdə əhali izzətlə yaşayır. Yəmənə hücum regionda tayfa müharibəsi yaratmaq istiqamətində ABŞ və sionistlərin beynəlxalq planının bir hissəsidir və Səudiyyə Ərəbistanı Babül-Məndəb boğazını ələ keçirmək məqsədi ilə bu planın icrası üçün vasitə rolunu oynayır.

Ənsarullahın sözçüsü deyib: Yəmən hava, quru və dəniz mühasirəsindədir amma özünün ballistik raket gücünü inkişaf etdirə bilib. Abu-Dabini raketlə hədəfə almaq üçün ilkin sınaq həyata keçirildi və gələcəkdə daha ətraflı təşəbbüslər həyata keçiriləcək.

Məhəmməd Əbdüssalam İranın Yəmənə raket göndərilməsində ittiham edilməsi barədə verilən sualı belə cavablandırıb: Tehranın rolunun şişirdilməsi Səudiyyə koalisiyasının aşkar səhvidir və Yəmən xalqına qarşı qələbənin reallaşmasında öz acizliyini əsaslandırmaq istəyir. 

Əbdüssalam deyib: Ənsarullah Səudiyyə Ərəbistanı sərhədlərində və  ərazilərində hərbi mövqelərinə hücumlarını davam etdirəcək. Abu-Dabi isə Yəmənin cənubunu işğal edib və xalqı qətlə yetirir və Yəmənin adaları və su yollarına nəzarəti davam etdirir, bütün bunlara görə şübhəsiz ki, Yəmənin raket hücumlarında ilk hədəflərdən olacaq.