İ.Əlcəfəri: İranla bu formadakı əlaqəmizlə fəxr edirik
-
İ.Əlcəfəri: İranla bu formadakı əlaqəmizlə fəxr edirik
İraqın xarici işlər naziri Tehran-Bağdad əlaqələrinin özəlliklərindən birini bu əlaqələrin çoxtərəfli olması adlandırıb və bildirib ki, İraq İranla bu formadakı əlaqələri ilə fəxr edir.
İbrahim Əlcəfəri dünən axşam Bağdadda İranın sənaye, mədən və ticarət naziri Muhəmməd Şəriətmədari ilə görüşdə bildirib ki, beynəlxalq əlaqələrdə təsirli prinsiplərdən biri, ticarət əlaqələridir.
O, deyib: Tehran-Bağdad əlaqələrinin yaxşılaşdırılmasında təsirli olmuş ən yaxşı prinsiplərdən biri, iki ölkənin ticarət əlaqələridir.
İraqın xarici işlər naziri İran İslam Respublikasının “Vahid İraq”ı himayə üzrə mövqeyinə görə təşəkkür edib.
İranın sənaye, mədən və ticarət naziri Muhəmməd Şəriətmədari də deyib: İran və onun özəl sektoru bütün sahələrdə İraqın müxtəlif sektorlarında investisiyaya və bu ölkənin ehtiyaclarının təmin edilməsinə hazırdırlar.