Suriya ilə sərhəd keçidinə İraq bayrağı sancılıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i286177-suriya_ilə_sərhəd_keçidinə_İraq_bayrağı_sancılıb
İraq baş naziri əl-Qaim şəhərinin İŞİD terrorçularının işğalından azad edilməsindən bir neçə gün sonra İraq bayrağını Suriya ilə sərhəd keçidinə sancıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 06, 2017 08:32 Asia/Baku
  • Suriya ilə sərhəd keçidinə İraq bayrağı sancılıb

İraq baş naziri əl-Qaim şəhərinin İŞİD terrorçularının işğalından azad edilməsindən bir neçə gün sonra İraq bayrağını Suriya ilə sərhəd keçidinə sancıb.

İraq baş naziri Heydər əl-İbadi bazar günü əl-Anbar vilayətində əl-Qaim şəhəri və Suriya ilə Həsibə sərhəd keçidi ilə yaxından tanış olub. 

İraq qüvvələri əl-Anbar vilayətinin qərbində əl-Qaim şəhərinin mərkəzini cümə günü tam şəkildə İŞİD terror qruplaşmasının işğalından azad ediblər. 

Heydər əl-İbadi 2017-ci il 26 oktyabrda İraqın qərbində İŞİD terror qruplaşmasının son bazası sayılan əl-Qaim və Ravə şəhərinin azad edilməsi əməliyyatının başlandığını bildirmişdi. 

Yenilərdə İŞİD-in işğalından azad edilən əl-Qaim şəhəri və Həsibə səhrəd keçidi bu terror qruplaşmasının hərbi təchizatı nəql etməsi üçün əsas yollarından sayılırdı.