Əl-Bağdadi Suriyaya qaçdı
İraqın təhlükəsizlik dairələri İŞİD terror qruplaşmasının başçısı Əbubəkr əl-Bağdadinin əl-Anbarın qərbində Ravə rayonundan Suriyanın Deyruz-Zur istiqamətində qaçdığını xəbər veriblər.
Süməriyyə Nyuzun məlumatına görə, əl-Anbar vilayətindəki təhlükəsizlik dairələrinin bildirdiyinə görə, İraq qüvvələrinin əl-Qaim rayonunun mərkəzinə daxil olmasından sonra əl-Bağdadi artıq bu şəhərdə qalmağın onun həyatı üçün təhlükə olduğunu anlayıb.
Təhlükəsizlik dairələri bildiriblər: Əl-Bağdadi əl-Qaim rayonunda İŞİD terrorçularından istəmişdi ki, döyüşü davam etdirsinlər. Lakin onlardan bəzisi boyun qaçırıb və bəziləri də şəxsi avtomobilləri ilə Suriyaya qaçıb.
İraq qüvvələri cümə günü əl-Anbar vilayətinin qərbində əl-Qaim şəhərinin mərkəzini tam şəkildə İŞİD terror qruplaşmasının işğalından azad edib və İraq bayrağını dövlət binalarına sancıblar.
Bu arada adının açıqlanmasını istəməyən məlumatlı şəxs deyib: Əl-Bağdadi sarı rəngli bir taksi ilə Suriyaya doğru qaçıb və ehtimal üzrə Deyruz-Zurda yerləşəcək.
Bundan öncə Londonda yerləşən Suriya İnsan Haqları Gözətçisi adlı təşkilat əl-Bağdadinin öldüyünü təsdiqləmişdi.