Qətər 4 ərəb ölkəsinin məsuliyyət daşıdığını bildirdi
-
Qətər 4 ərəb ölkəsinin məsuliyyət daşıdığını bildirdi
Qətər xarici işlər naziri Fars Körfəzi Əməkdaşlıq Şurasının dağılmasında Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misirin məsuliyyət daşıdığını bildirib.
Əl-Cəzirə televiziyasının məlumatına görə, Məhəmməd Bin Əbdürrəhman Ali-Sani Dohada İraq xarici işlər naziri İbrahim əl-Cəfəri ilə keçirdiyi birgə mətbuat konfransında deyib: Regional şərait haqda Ərəbistan, BƏƏ, Bəhreyn və Misirlə Qətər arasındakı böhran, boykot edən ölkələrin hərəkəti nəticəsində yaranan böhran, eləcə də beynəlxalq diplomatiya haqda bu öklələrin Doha ilə müzakirələrə qatılmaqdan boyun qaçırması, bu ölkələrin Qətər hökuməti əleyhinə ittihamlarının yanlış olması, həmçinin onların qeyri-qanuni və zalım hərəkətlərinin davam etməsi və onun Fars Körfəzi Əməkdaşlıq Şurasına təsir etməsi haqda fikir mübadiləsi apardıq. Biz bu şuranın dağılmasında boykot edən ölkələrin məsuliyyət daşıdığını hesab edirik.