Noy 09, 2017 19:30 Asia/Baku
  • Yəmən Ənsarullahı təcavüzkar koalisiyaya xəbərdarlıq etdi
    Yəmən Ənsarullahı təcavüzkar koalisiyaya xəbərdarlıq etdi

Yəmən Ənsarullahı Hərəkatının Siyasi Şurasının üzvü bildirib: Səudiyyə Ərəbistanının başçılıq etdiyi təcavüzkar koalisiyaya üzv ölkələrin paytaxtları Yəmən ordusu və xalq qüvvələrinin raketlərinin qanuni məqsədləridir.

Təsnim Xəbər Agentliyinin məlumatına görə, Yəmən Ənsarullahı Hərəkatının Siyasi Şurasının üzvü Zeyfulla Əş-Şami səudiyyəli təcavüzkar koalisiyanın Yəmənə hava və raket hücumları qarşısında hər hansı sükutu rədd edərək deyib: Abu-Dabi, Dubay kimi şəhərlər və bu koalisiyaya üzv ölkələrin digər şəhərləri Yəmən xalqının qanuni məqsədləridir. 

Yəmən ordusu və Ənsarullahın raket bölməsi 5 noyabrda Ərəbistanın cinayətlərinə reaksiyada Burkan 2H adlı bir ballistik raketi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadın şimal-şərqində Məlik Xalid aeroportuna atdı. 

Yəmən Ənsarullahı Hərəkatının sözçüsü Məhəmməd Əbdüssalam da bu ölkə ordusu və xalq qüvvələrinin Ərəbistanın başçılıq etdiyi koalisiyanın mövqelərinə raket hücumlarını Yəməni müdafiəsi adlandırıb və bu hücumların dayandırılmasını Ərəbistan tərəfindən Yəmənə təcavüz və mühasirəyə son qoyulması ilə şərtləndirib. 

Səudiyyə Ərəbistanı ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və bir neçə ölkənin dəstəyi ilə 2015-ci il mart ayından Yəmənə hücumlara başlayıb. Eyni zamanda bu ölkəni hava, quru və dənizdən mühasirəyə alıb. 

Teqlər