Əlibadi: Kərbəla hadisəsi bəşəriyyətə aiddir
İraqın baş naziri Heydər Əlibadi deyib: Kərbəlaya sevgi ondan xəbər verir ki, Kərbəla hadisəsi bütün bəşəriyyətə aiddir və təkcə din və məzhəblə bağlı deyildir.
Heydər Əlibadi Hüseyn(ə) ərbəini münasibətilə etdiyi çıxışında deyib: İnsanların müqəddəs Kərbəlaya özünəməxsus təmayülü və ümumi rəğbət belə bir məsələyə dəlalət edir ki, İmam Hüseyn(ə) üçün baş verən hadisə humanist bir məsələdir və onu din və məzhəblə məhdud etmək olmaz.
İraqın baş naziri bildirib ki, İmam Hüseyn(ə)-ın hərəkəti insanın əsirlik və qulluqdan xilas olması üçün bir inqilab olub. O, əlavə edib: Bütün müsəlmanların vəzifəsidir ki, sözdə deyil, əməldə Hüseyni olsunlar.
Heydər Əlibadi sonra İraqın silahlı qüvvələrinin ardıcıl qələbələri və bu ölkə bayrağının İraqın ən ucqar nöqtələrində dalğalanması münasibətilə bütün iraqlıları təbrik edib və yekun qələbənin yaxın olduğunu dilə gətirərək, vurğulayıbdır ki, bütün İraqda söz birliyi mövcuddur.
1439-cu hicri qəməri ili səfər ayının 20-si, Həzrət İmam Hüseyn(ə)-ın və onun sadiq köməkçilərinin Kərbəla çölündə şəhid edilmələrinin ərbəinidir. Bütün dünyadan, o sıradan İrandan milyonlarla zəvvar həmin gündə Hüseyn(ə) ərəbini mərasimində iştirak etmək üçün İraqın Kərbəla şəhərinə daxil olub.
Həzrət İmam Hüseyn(ə) və onun sadiq köməkçiləri 61-ci hicri qəməri ili məhərrəm ayının onunda Kərbəla çölündə şəhid ediliblər.