İsrail fələstinli şəhidlərin cənazələrinin ailələrinə təhvil verilməsini qadağan edən qanun layihəsi hazırlayır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i286442-İsrail_fələstinli_şəhidlərin_cənazələrinin_ailələrinə_təhvil_verilməsini_qadağan_edən_qanun_layihəsi_hazırlayır
İvrit dilində fəaliyyət göstərən bir internet portalının verdiyi məlumata görə, İsrailin daxili təhlükəsizlik naziri fələstinli şəhidlərin cənazələrinin ailələrinə təhvil verilməsini qadağan edən yeni bir qanun layihəsi hazırlamaqla məşğuldur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 12, 2017 18:21 Asia/Baku
  • İsrail fələstinli şəhidlərin cənazələrinin ailələrinə təhvil verilməsini qadağan edən qanun layihəsi hazırlayır
    İsrail fələstinli şəhidlərin cənazələrinin ailələrinə təhvil verilməsini qadağan edən qanun layihəsi hazırlayır

İvrit dilində fəaliyyət göstərən bir internet portalının verdiyi məlumata görə, İsrailin daxili təhlükəsizlik naziri fələstinli şəhidlərin cənazələrinin ailələrinə təhvil verilməsini qadağan edən yeni bir qanun layihəsi hazırlamaqla məşğuldur.

Fələstin İnformasiya Mərkəzinin bu günə olan məlumatına görə, 0404 internet saytı yazır: İsrailin daxili təhlükəsizlik naziri Gəlad Ordan yeni qanun layihəsində müqavimət əməliyyatlarını həyata keçirənlər ilə həmrəyliyin elan edilməsinə mane olmağa çalışır. Zira, bu həmrəylik fələstinlilərin müqavimət əməliyyatlarında iştiraka marağını daha da artırır.

Bu internet saytında yer alan məlumatda həmçinin deyilir: Ordan İsrail polisinə fələstinli şəhidlər üçün təşkil edilən dəfn mərasimləri zamanı təhlükəsizlik tədbirlərinin daha da artırılması barədə göstəriş verib.