İraq Kürdüstanında zəlzələ qurbanlarının sayı artır
Noy 13, 2017 19:35 Asia/Baku
-
İraq Kürdüstanında zəlzələ qurbanlarının sayı artır
İraq Kürdüstanının Səhiyyə İdarəsinin rəisi ötən gecə baş vermiş zəlzələdə ölənlərin sayının 7 nəfərə, yaralıların sayının isə 300 nəfərə çatdığını bildirib.
Fars Xəbər Agentliyinin verdiyi məlumata görə, Rikot Həmə Rəşid deyib: Zəlzələ nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb. Həlak olanlardan 4-ü Dərbəndixan, 2-si Kərəmiyan, biri isə Süleymaniyə məntəqələrinin sakinləridir.
İraq Kürdüstanı Səhiyyə İdarəsinin rəisi həmçinin deyib: 321 nəfər müalicə olunmaq üçün xəstəxanaya yerləşdirilib. Onlardan 120 nəfərinin vəziyyəti ağırdır. 201 nəfər isə yüngül xəsarətlər alıb.