Noy 15, 2017 20:36 Asia/Baku
  • Misir Müsəlman Qardaşları Hərəkatının liderinə ömürlük həbs təsdiqləndi
    Misir Müsəlman Qardaşları Hərəkatının liderinə ömürlük həbs təsdiqləndi

Misirin Apelyasiya Məhkəməsi Müsəlman Qardaşları Hərəkatının lideri Məhəmməd Bədi və bu hərəkatın bir qrup digər üzvünü 2013-cü il 5 iyulda İsmailiyyə hadisələri ilə əlaqədar ittihamla ömürlük həbslərini təsdiqləyib.

Misirin Əxbar əl-Youm xəbər portalının məlumatıan görə, Misirin Apelyasiya Məhkəməsi İsmailiyyə hadisələri haqda 105 müttəhim haqda öz qərarını verib və Məhəmməd Bədi və 35 nəfərin ömürlük həbsini təsdiqləyib.

Misirin Apelyasiya Məhkəməsi bəzi müttəhimləri 3-15 il azadlıqdan məhrum edib və 20 nəfərin azadlığına qərar verib.

Teqlər