İordan çayının qərb sahilində həbslər davam edir
Noy 20, 2017 17:00 Asia/Baku
Sionist rejim hərbçiləri İordan çayının qərb sahilindəki bölgələrə son hücumlarında 21 fələstinlini həbs ediblər.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, sionist rejimin Ərrisalə portalı iddia edib ki, həbs edilən fələstinlilər sionist şəhərcik sakinləri və İsrail ordusuna qarşı müqavimət tədbirlərində ittiham olunurlar.
Həbs edilmiş fələstinlilər Ramullah, Qüdsen şimalı, Əl-Xəlil, Qəlqiliyyə, Beyt Ləhm və İsaviyyədən olublar.
Sionistlər öz ekspansionist məqsədləri istiqamətində hər gün Fələstinin müxtəlif bölgələrinə hücum edir və fələstinliləri həbs edirlər.
Fələstinli əsrirlər təşkilatı sionist rejim tərəfindən saxlanılan fələstinli əsirlərin sayının 6500 nəfər olduğunu bildirib.